Çexiyada 156 nəfər koronavirusu qəsdən yaydığına görə həbs edildi


Çexiyada karantin qaydalarını pozaraq koronavirusu qəsdən yaymağa cəhd edən şəxslər həbs edilib.
Yeniavaz.com
"TASS"a istinadla xəbər verir ki, Çexiya respublikasındakı fövqəladə vəziyyəti pozaraq qəsdən koronavirus infeksiyasını yaymağa cəhd edən 156 nəfərə cinayət işi açılıb. Həmin şəxslərə 12 ilə qədər həbs cəzası verilə bilər. 
Qeyd edək ki, Çexiya qanunlarına görə xəstəliyi qəsdən yayan şəxslərə verilən cəza 3 ildən başlayır. Fövqəladə rejim dövründə törədilən bu cinayətə görə, səkkiz ilədək həbs cəzası verilir. Əgər həmin şəxsin xəstəliyi yaymasına görə, ikidən çox adam ölübsə, 12 il həbs cəzası verilir.

DİGƏR XƏBƏRLƏR

Top