Myanmada baş verən qarşıdurmalarda 80 əsgər öldü


Myanmanın şərqindəki Kayah əyalətində hərbi çevrilişə qarşı çıxan üsyançılarla Myanma ordusu arasında baş verən qarşıdurmalarda 80 əsgər ölüb.
Yeniavaz.com
“AA”ya istinadla xəbər verir ki, bu barədə Karen Millətləri Müdafiə Qüvvələri (KNDF) sözcüsü məlumat verib. O bildirib ki, təxminən 150 əsgərin Demosoya doğru hərəkət etdiyi yolda KNDF döyüşçüləri əsgərlərə pusqu qurub. Hadisə nəticəsində 80 əsgər ölüb. Qeyd edək ki, 1 fevraldan başlayan hərbi çevriliş nəticəsində indiyə kimi 841 nəfər ölüb.

DİGƏR XƏBƏRLƏR

Top