İlon Mask tvitləri ilə müqavilə şərtlərini pozub


“Twitter”də bitkoin və kriptovalyutalar haqqında çoxsaylı paylaşımlar edən “Tesla”nın rəhbəri İlon Maskın ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) ilə bağladığı müqaviləni pozduğu ortaya çıxıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ-ın “Wall Street Journal” qəzeti məlumat yayıb. Sənədlərdə İlon Maskın 2019 və 2020-ci illərdə paylaşdığı bəzi tvitlərlə razılaşmanı pozduğu göstərilib. “Tesla” ilə SEC arasındakı razılaşmaya görə, Maskın tvitləri “Tesla”nın vəkilləri tərəfindən təsdiqlənməli olduğu halda müqavilənin şərtləri pozulub. Qeyd edək ki, Maskın “Twitter”də bazarlara istiqamət verici məlumatları paylaşdığı müəyyən edildikdən sonra “Tesla” ilə SEC arasında 2018-ci ildə müqavilə imzalanıb. Müqaviləyə əsasən məşhur iş adamının tvitlərinə Tesla tərəfindən nəzarət ediləcəyinə söz verilib. Həmin vaxt Mask və Tesla 20 milyon dollar cərimə ödəyərək şərtlərə nəzarət edəcəklərini açıqlayıblar.

DİGƏR XƏBƏRLƏR

Top