Azərbaycan Premyer Liqası bu tarixdə başlayacaq


Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün start götürəcəyi vaxt bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Bildirilib ki, qərara əsasən, yeni mövsüm avqustun 14-də başlayacaq.
Qeyd edək ki, 2021/2022 mövsümündə çempionatda "Neftçi", "Qarabağ", "Sumqayıt", "Zirə", "Sabah", "Qəbələ", "Keşlə" və "Səbail" klubları mübarizə aparacaq.

DİGƏR XƏBƏRLƏR

Top