Bakıda daha bir marşrut kartla ödəniş sisteminə keçirilib


Müntəzəm marşrut xətləri üzrə avtobusların "BakıKart"a inteqrasiyası davam edir.
Bu barədə Yeniavaz.com Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.
Sabahdan 216 nömrəli marşrut xətti (Balaxanı qəsəbəsi - "Koroğlu" m/s) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Qeyd edək ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Balaxanı qəsəbəsi üzrə aşağıda qeyd olunan ünvanlardakı "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS- terminallar quraşdırılıb:

- Səfəvilər küçəsi 70;
- Gülüstan küçəsi 47A;
- Sabunçu qəs-Şəhər şosesi.

DİGƏR XƏBƏRLƏR

Top