Netanyahu İranın nüvə razılaşmasına qayıtmasına etiraz etdi


İsrailin baş naziri Benyamin Netanyahu İranla Birgə Hərtərəfli Fəaliyyət Planına qayıdılmasına etiraz edib.
Yeniavaz.com "Sözcü"yə istinadən xəbər verir ki, Netanyahu İranın özünü nüvə silahı ilə təmin etməsini İsrail üçün ən böyük təhdid adlandırıb. O həmçinin bildirib ki, ABŞ lideri Co Baydenlə də danışaraq, məsələyə etiraz edib. Netanyahunun sözlərinə görə bəhs edilən məsələdə ABŞ-la qarşıdurmanı belə gözə alır. İsrailin baş naziri İranın bu razılaşmaya qayıtmaması üçün İsrailin əlindən gələni edəcəyini qeyd edərək, İrana qarşı gizli əməliyyatlar keçirilməsini istəyib.

DİGƏR XƏBƏRLƏR

Top