Azərbaycanda 85 yaşlı qadın pensiyasına görə tövləyə zəncirlənib? – VİDEO + DİN-dən REAKSİYA


Gədəbəy rayonunun İvanovka kəndində Səkinə adlı yaşlı qadın pensiyasına görə tövləyə zəncirlənib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkələr vasitəsilə məlumat verib. O bildirib ki, qadını bu halda saxlayan Qəzənfər adlı şəxs, həm də ona qarşı fiziki zorakılıq edir.
K. ağazadə sözügedən qadının tövləyə zəncirlənmiş halda görüntülərini də yayıb.
Görüntüləri lentə alan şəxs qadının 85 yaşının olduğunu bildirib:

K. Ağazadə iddia edir ki, məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat versə də, faydası olmayıb.
Daxili İşlər Nazirliyinin Qərb Regional İdarəsindən Yeniavaz.com-a məsələnin araşdırıldığı və bu barədə ictimaiyyətə məlumat veriləcəyi bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top