Fatimə Mövlamlının evinə icazəsiz girən qadın axtarılır – DİN-dən AÇIQLAMA


Jurnalist və gənc fəal Fatimə Mövlamlının evinə icazəsiz daxil olan qadınla bağlı Daxili İşlər Nazirliyində araşdırma başlanılıb.
Bu barədə Yeniavaz.com-a DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib: "Fatimə Mövlamlının müraciəti qeydə alınıb və onun təqdim etdiyi görüntülərdə görünən, icazəsi olmadan həyətinə girən qadının şəxsiyyətinin müəyyən edilib saxlanılması üçün müvafiq tədbirlərə başlanılıb. Nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Qeyd edək ki, iyun ayının 1-də F. Mövlamlı sosial şəbəkələr vasitəsilə evinə icazəsiz daxil olan qadının görüntülərini yaymış və məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verdiyini bildirmişdi. Jurnalist sözügedən xanımın ona qarşı fiziki zorakılıq etdiyini iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top