"Bütün müraciətlərin operativ araşdırıldığı kimi vətəndaş İlkin Rüstəmzadənin də müraciəti nəzarətə götürülüb".
Bunu "Nida"çı fəal İlkin Rüstəmzadənin bacısı vasitəsilə təhdid edilməsi məsələsi ilə bağlı Yeniavaz.com-a açıqlama verən Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib. O bildirib ki, nazirlikdə məsələ ilə bağlı araşdırmalar başlayıb: "Onu təhdid edən və ya edənlərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".
Qeyd edək ki, İlkin Rüstəmzadə sosial şəbəkələr vasitəsilə bir qrup şəxsin bacısına yaxınlaşaraq onu hədələdiyini bildirib. O həmin şəxslərin bacısına “qardaşına de, ağıllı olsun” dediklərini iddia edib.