Bayden 100 il sonra Tulsaya gedən ilk ABŞ prezidenti oldu


Co Bayden Oklahama ştatının Tulsa şəhərində 100 il əvvəl qətl edilmiş afro-amerikalıların anım mərasimində iştirak edən ilk ABŞ lideri olub. 
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Bayden hadisəni qətliam kimi qiymətləndirib. 
Qeyd edək ki, sözügedən hadisə 1921-ci ildə Tulsada baş verib. Hadisəni ağdərili amerikalıların törətdiyi bildirilib. Həmin hadisələr vaxtı şəhərdə 1100 ev yararsız hala salınıb, rəsmi rəqəmlərə görə 39, qeyri-rəsmi rəqəmlərə görə isə 300-ə yaxın şəxs öldürülüb. 183-ü ağır olmaqla 800 nəfər isə yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top