İlk dəfə insana yoluxan H10N3 virusu ilə bağlı ÜST-dən açıqlama


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  quş qripinin növlərindən biri H10N3 virusu ilə bağlı açıqlama yayıb.
Yeniavaz.com
"TASS"a istinadla xəbər verir ki, ÜST virusa görə, ölkələr arasında sərhədlərdə xüsusi yoxlamalara, ticarət və səyahətə məhdudiyyətlərin qoyulmasına ehtiyac olmadığını bildirib.  
Qeyd edək ki, dünən dünyada ilk dəfə Çinin Jianqus əyalətində quş qripinin H10N3 növünün insana yoluxduğu bildirilmişdi. Məlumata görə, 41 yaşlı Zenjianq sakini aprel ayının sonunda qızdırmadan şikayətlənərək, həkimə müraciət edib. Onu bir neçə gün sonra xəstəxanaya yerləşdiriblər. Yoxlamalardan sonra həmin şəxsin H10N3 virusuna yoluxduğu məlum olub.

DİGƏR XƏBƏRLƏR

Top