Mingəçevirdə yaşayış binasını zərərvericilər "işğal edib" – VİDEO


Mingəçevirin M. Maqomayev 54 ünvanında 9 mərtəbəli binada yaşayan sakinlər ziyanvericilərdən şikayətçidirlər.
Bu barədə Yeniavaz.com-a danışan bina sakinləri bildirirlər ki, həyətdə, zirzəmidə, binanın eyvanında belə siçan, siçovullar gəzir. Onların sözlərinə görə hətta 9-cu mərtəbədə mənzilin qapısı açılan kimi siçovullar evə daxil olur: "Hətta yeni tökülən asvaltı belə deşik-deşik ediblər. Son günlər uşaqların, həm də böyüklərin qorxulu kabusuna çevirilib həmin canlılar”.
Sakinlər zərərvericiləri müxtəlif üsullarla məhv etməyə çalışsalar da, istəklərinə nail ola bilmirlər. Siçovullar kiçik yaşlı uşaqlar üçün daha da təhlükəli hesab edilir. Sözügedən binanın girişinin yaxınlığında, zibil tökülən hissədə qidalanan siçan, siçovullar isə günbəgün artır. Hətta pişiklər də onlara yaxın düşə bilmirlər. Bina sakinləri isə həmin zibil yığılan yerlərin bağlanmasını vacib hesab edirlər. 

Mingəçevir Dezinfeksiya Stansiyasından bildirildi ki, rəhbərlik yerində yoxdur, bu haqda hər hansı açıqlama verə bilməzlər. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin baş mühəndisi Ramiz Hüseynov isə məsələyə bu cür aydınlıq gətirildi: "Bina sakinləri yazlı formada müraciət etsinlər, onların razılığı əsasında bina daxilindəki zibil yerləri bağlansın".

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top