Antiterror əməliyyatı vaxtı Türkiyənin bir hərbçisi şəhid edildi


Türkiyənin şərqindəki Bitlis vilayətində həyata keçirilən antiterror əməliyyatı zamanı jandarma tabe olan təhlükəsizlik xidmətinin bir üzvü şəhid edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "Haber Türk" telekanalı xəbər yayıb. Məlumata görə, Bitlisdə keçirilən antiterror əməliyyatı vaxtı 1 jandarm üzvü şəhid olub, 5-i isə yaralanıb.
Xatırladaq ki, 29 apreldə Türkiyənin təhlükəsizlik qüvvələrinin ölkənin cənub-şərqində böyük bir antiterror əməliyyatı başlatdığı açıqlanmışdı. Əməliyyat Şırnak və Hakkari vilayətlərinin dağlıq bölgələrində 5280 təhlükəsizlik qüvvəsi tərəfindən həyata keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top