Erməni valideynlər naməlum cəsədlərin saxlanıldığı otağa daxil oldular – Həssas kadrlar – VİDEO


Ermənistanda çox sayda cəsədin torbalara doldurulub pis vəziyyətdə saxlanıldığı otağın görüntüləri yayılıb.

Yeniavaz.com xəbər verir ki, videoda çox sayda cəsədin soyuducu olmayan otaqlarda üst-üstə yığılaraq saxlanıldığı görülür. Övladı itkin düşən erməni valideynlər həmin otaqlara daxil olublar. Onların sözlərinə görə, cəsədlərin saxlanıldığı otaqlar pis vəziyyətdədir, qoxudan içəridə dayanmaq mümkün deyil. Həmin cəsədlərin nə üçün soyuducu olan otaqlarda deyil, morqlarda deyil, köhnə, istifadəsiz binalarda saxlanıldığı bilinmir. Həmin cəsədlərin İkinci Qarabağ müharibəsində məhv edilən erməni hərbçilərin cəsədləri olduğu bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top