Şamilin nəşi ölümündən 2 gün sonra evində tapılıb – TƏFƏRRÜAT + YENİLƏNİB

Tanınmış aparıcı Şamil Famillinin vəfatı ilə bağlı bəzi detallar ortaya çıxıb.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, ilkin məlumata əsasən, aparıcı dünyasını dəyişəndən iki gün sonra evində tapılıb. O, hamam otağından çıxarkən müvazinətini itirərək yıxılıb. Nəticədə başından ağır xəsarət alan aparıcı hadisə yerindəcə həyatını itirib.

Ş. Famillinin yaxınları sonuncu dəfə mayın 31-də onunla əlaqə saxladıqlarını qeyd ediblər. Ondan iki gün xəbər almadıqlarını, bundan sonra hərəkətə keçdiklərini bildiriblər.

Aparıcının nəşi tibbi ekspertizaya göndərilib.

***01:57

Azərbaycanlı aparıcı Şamil Familli dünyasını dəyişib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə ARB telekanalı məlumat yayıb. 

Onun hansı səbəbdən vəfat etdiyi açıqlanmayıb. Şamil Familli  ARB Telekanalında yayımlanan “Bazar düzü” verilişinin aparıcısı olub. Allah rəhmət eləsin!

DİGƏR XƏBƏRLƏR

Top