Azərbaycanda "Aİ-95" markalı benzinin qiyməti qalxdı – YENİLƏNİB


Azərbaycanda benzinin qiyməti bahalaşıb.

Yeniavaz.com xəbər verir ki, bu gündən Aİ-95 premium markalı benzinin qiyməti 1.40 qəpik olub.

***00:44

Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib.

Yeniavaz.com xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.

Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub. 

Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.

DİGƏR XƏBƏRLƏR

Top