İranın hərbi hava bazasında qəza – ölənlər var


İranın Dezful şəhərindəki hərbi hava bazasında döyüş təyyarəsinin qəzaya düşməsi nəticəsində 2 pilot həyatını itirib.
Yeniavaz.com
İran mətbuatına istinadən xəbər verir ki, qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib. Qəza katapultun öz-özündən işə düşməsindən sonra pilotlar təyyarənin tavanına dəyərək, dünyasını dəyişib. Dezful valisinin köməkçisi Əli Fərahmandpur qəzanın uçuş vaxtı baş verməsi xəbərinin yalan olduğunu və təyyarənin heç bir zərər görmədiyini qeyd edib. O həmçinin bildirib ki, qəza ilə bağlı digər məlumatlar 4-cü hava bazası tərəfindən veriləcək.
 

DİGƏR XƏBƏRLƏR

Top