Yeni Zelandiyada əsrdə bir dəfə yağan leysan yağışları həyatı iflic edib


Yeni Zelendiyada ötən bazardan bu günə kimi yağan şiddətli yağışlar nəticəsində sel fəlakəti meydana gəlib.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, meteoroloqlar Yeni Zelendiyada bu cür leysan yağışların və daşqınların əsrdə bir dəfə olduğunu bildirib. Daşqın səbəbiylə 240-dan çox ailənin evakuasiya olunduğu və elektrik enerjisinin kəsildiyi qeyd edilib, xeyli sayda körpü yararsız hala düşüb. Ölkənin cənub adasında yağan yağışlar çayların daşmasına səbəb olub. Məktəblər bağlanıb. Ölkədə fövqəladə hal elan olunub.
 

DİGƏR XƏBƏRLƏR

Top