Türkiyədə COVID-19-a yoluxanların sayı artıb


Türkiyədə son 24 saatda 6 min 493 nəfər koronavirusa yoluxub.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 5 milyon 249 min 404 nəfərə çatıb. Son 1 gündə isə 122 nəfər ölüb. Beləliklə Türkiyədə bu günə kimi koronavirusdan ölənlərin sayı 47 min 527 nəfər olub. Həmin xəstəlikdən sağalanların sayı isə 5 milyon 114 min 624 nəfərdir.
 

DİGƏR XƏBƏRLƏR

Top