
Uqandanın nəqliyyat naziri Katumba Vamala silahlı hücum nəticəsində yaralanıb.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, bu barədə müdafiə nazirinin sözcüsü məlumat yayıb. O bildirib ki, hücum nəticəsində nazir yaralanıb. Qızı və sürücüsü isə qətlə yetirilib. Hadisəni kimin törətdiyi məlum deyil.