Arvadını öldürən hakim məhkəmədə bu sözləri dedi – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Bakıda arvadını güllələyərək öldürən Sabunçu rayon məhkəməsinin hakim Fəqan Əhmədovla bağlı 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Yeniavaz.com “qafqazinfo”ya istinadla xəbər verir ki, Binəqədi rayon məhkəməsində keçirilən prosesdə F.Əhmədov ittihama münasibət bildirib.

O, çıxışında özünü təqsirli bilmədiyini deyib. Fəqan Əhmədov qeyd edib ki, arvadını qəsdən öldürməyib:“Hadisə silahla ehtiyatsız davranmağım nəticəsində baş verdi”.

Qeyd edək ki, Fəqan Əhmədov mayın 30-u gecə saatlarında Sabunçu rayonu, Ləhiç massivində yerləşən bağ evində ov tüfəngi ilə arvadı Pərvanə Əhmədovanı sinəsindən güllələyərk öldürüb. O, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilir.


***18:35
Arvadını öldürməkdə təqsirləndirilən hakim Fəqan Əhmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Binəqədi rayon Məhkəməsində təqdimata baxılıb.

Yeniavaz.com xəbər verir ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılmışdır.
İlkin istintaqla zərərçəkmişin əri Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Fəqan Əhmədov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda hadisənin təfərrüatlarının müəyyən edilməsi istiqamətində iş üzrə zəruri və intensiv istintaq hərəkətləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top