
“Çirkab suların Xəzərə axıdılması məsələsi təkcə Ekologiya Nazirliyinin məsuliyyətində olan iş deyil”.
Yeniavaz.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov “Ekspert saatı”nda deyib. O bildirib ki, digər aidiyyatı qurumlar da bu məsələdə cavabdehlik daşıyır.:
“Biz nəzarət funksiyasını həyata keçiririk. “Azərsu” və digər qurumların məsuliyyəti ilə də bağlı ictimai qınaq olmalıdır”.