Əlilliyi təyin edən Agentliyin yeni rəhbəri kimdir? – DOSYE


Xəbər verdiyimiz kimi, Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri dəyişdirilib.
Yeniavaz.com
 xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmri ilə Anar Bayramov bu vəzifəyə təyin edilib. Bu vəzifəyə qədər Anar Bayramov nazir Sahil Babayevin müşaviri işləyib. Anar Bayramov daha əvvəl “A-Group” Sığorta Şirkətinin direktoru olub.
Məlumat üçün bildirək ki, Anar Bayramov 1975-ci ildə Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub. Tibb Universitetinin Daxili xəstəliklər və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb. 1998-ci ildən “MediClub” klinikasında həkim vəzifəsində çalışıb. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində çalışıb. Həmin ildən baş direktorun müavini, 2004-cü ildən baş direktor təyin edilib.
2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb. 2009-cu ildən “A-Group” Sığorta Şirkətinin İdarə Heyətinin Sədridir.
Bundan başqa 2006 – 2014-cü illərdə Azərbaycan Sığortaçilar Assosiasiyasinin Tibbi Sığorta Komitəsinin sədri olub.

DİGƏR XƏBƏRLƏR

Top