Sabahdan bu marşrut xətlərinin hərəkət qrafiki müvəqqəti dəyişdiriləcək


İyunun 2-dən Ə.Şıxlınski küçəsində aparılan təmir-tikinti işləri çərçivəsində avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Yeniavaz.com-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. Bildirilib ki, bu səbəbdən 36 və 81 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq aşağıda göstərilən qaydada dəyişdiriləcək: 81 nömrəli marşrut: Ə. Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq S.Mehmandarov küçəsi ilə; 36 nömrəli marşrut: Ə.Şıxlınski küçəsindən müvəqqəti çıxarılaraq N.Tusi küçəsi ilə təşkil ediləcəkdir.

DİGƏR XƏBƏRLƏR

Top