Rusiyada azərbaycanlı gənc bir qızı bıçaqlayaraq intihar edib

Rusiyanın Surqut şəhərində azərbaycanlı gənc bir mənzildə yerli sakin olan qızı bıçaqlayaraq binanın 9-cu mərtəbəsindən özünü atıb. “Nakanune.ru” saytının məlumatına görə, hadisə oktyabrın 30-da baş verib. Xəsarət alan qız dərhal təcili tibbi yardıma xəbər verib və həkimlər onun həyatını xilas ediblər. Özünü atan azərbaycanlı gənc isə hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.

APA

DİGƏR XƏBƏRLƏR

Top