Türkiyəli nazirdən diplomların qarşılıqlı tanınması məsələsi barədə AÇIQLAMA


Türkiyənin milli təhsil naziri Ziya Selçuk Azərbaycan və Türkiyənin ali məktəb diplomlarının qarşılıqlı olaraq tanınması ilə bağlı məsələyə münasibət bildirib.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, Z.Selçuk tədris ilinin müddəti baxımından iki ölkənin diplomlarının ekvivalenti ilə bağlı bəzi uyğunsuzluqlar olduğunu deyib.
Nazir qeyd edib ki, bu məsələ ilə bağlı müzakirələr aparılıb: “Bu kimi məsələlər bizim bir-iki görüşlə dərhal həll edə biləcəyimiz məsələlərdir və bununla balalarımıza yol açmaq iqtidarındayıq. Biz bunları böyük problemlər kimi deyil, danışıb həll edə biləcəyimiz məsələlər olaraq görürük. Onu da qeyd edim ki, diplomların ekvivalenti ilə bağlı bəzi razılaşmalar əldə etmişik”.

DİGƏR XƏBƏRLƏR

Top