Meksikada 9 ayda 100-ə yaxın siyasətçi öldürülüb


Meksikada son 9 ayda mütəşəkkil cinayətkar dəstələrin siyasətçilərə qarşı hücumları kəskin artıb.
Yeniavaz.com
“AA”ya istinadla xəbər verir ki, bu barədə Meksika höküməti məlumat yayıb. Bildirilib ki, son 9 ayda 88 siyasətçi mütəşəkkil cinayətkar qruplar tərəfindən qətlə yetirilib. 6 gün sonra keçiriləcək federal seçkilərə görə isə namizədlərə qarşı təhdidlər artıb. Verilən məlumatlarda həmçinin qeyd olunub ki, Meksikada təkcə 2006-2020-ci illər ərzində 192 şəhər meri öldürülüb.

DİGƏR XƏBƏRLƏR

Top