Poliklinikalarda peyvəndlənməyə görə sıxlıq yaşanır – VİDEO


Xırdalanda Abşeron Rayon Uşaq Poliklinikasına vaksinasiya üçün üz tutan sakinlər çətinliklərlərə qarşılaşdıqlarını deyirlər.
Bununla bağlı Yeniavaz.com-un redaksiyasına kadrlar göndərən sakinlər iddia edirlər ki, vaksinasiyaya görə onlayn növbə götürmək üçün hazırlanmış sistem düzgün işləmir. Sakinlərin iddiasına əsasən bu problem, peyvənd olunmağa gələnlərin daha uzun müddət növbədə gözləməsinə, hətta bəzən vaksin vurdura bilmədən geri qayıtmasına səbəb olur.
Poliklinika əməkdaşlarının insanları növbədənkənar vaksinasiyaya cəlb etdiyi də iddialar arasındadır.

DİGƏR XƏBƏRLƏR

Top