Çin Suriyaya yardım göndərəcəyini açıqladı


Çin prezidenti Şi Çinpinq Suriyanın iqtisadiyyatını gücləndirmək üçün hər cür yardım edəcəyini bildirib. 
Yeniavaz. com
 "TASS"a istinadla xəbər verir ki, Şi Çinpinq bu barədə prezident seçkilərində qalib gəlməsi münasibətilə Bəşər Əsədə göndərdiyi təbrikdə deyib: “Suriya Çinlə diplomatik əlaqələr quran ilk ərəb ölkələrindən biridir. Çin-Suriya münasibətlərinin inkişafına böyük əhəmiyyət verirəm və diplomatik münasibətlərin qurulmasının 65-ci ildönümündə ikitərəfli əlaqələri daha da inkişaf etdirmək və daha da böyük uğurlar qazanmaq üçün prezident Əsədlə işləməyə hər zaman hazıram".
Çinpinq həmçinin bildirib ki, Suriyada əhalinin rifahını yaxşılaşdırmaq və COVID-19 pandemiyası ilə mübarizə üçün dəstək olacaqlar.

DİGƏR XƏBƏRLƏR

Top