Dünyada ilk dəfə quş qripinin bu növü insanda aşkar edildi


Dünyada ilk dəfə Çinin Jianqus əyalətində quş qripinin H10N3 növünün insana yoluxduğu təsdiq edilib.
Yeniavaz.com
TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Dövlət Gigiyena və Sağlamlıq Komitəsi açıqlayıb. Məlumata görə, 41 yaşlı Zenjianq sakini aprel ayının sonunda qızdırmadan şikayətlənərək, həkimə  müraciət edib. Onu bir neçə gün sonra xəstəxanaya yerləşdiriblər. Hazırda xəstənin vəziyyəti stabildir. 
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli Mərkəzi xəstəni analiz etdikdən sonra şəxsin H10N3 xəstəliyinə yoluxduğunu aşkarlayıb. Onunla təmasda olan bütün insanlar həkim nəzarətinə alınıb. Hələ ki, aralarında yoluxan yoxdur.
Qeyd edək ki, quş qripinin bəhs edilən növünün insan yoluxmadığı, ancaq quşlar arasında yayıldığı iddia edilirdi.

DİGƏR XƏBƏRLƏR

Top