![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/6/1/1/51ab26d3-b793-42c2-b2cc-9ca5265e3f02/avtomobil-suse-sindirilma-ogurluq2.jpg)
Paytaxtın Nizami rayonunda nəqliyyat vasitələrinin yan şüşələri sındırılaraq avtomobillərin salonlarında olan pul və digər qiymətli əşyalar oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Yeniavaz.com-a bildirilib ki, bu barədə zərərçəkən şəxslər Nizami Rayon Polis İdarəsi (RPİ) və 25-ci Polis Şöbəsinə (PŞ) müraciət edərərək hadisəni törədən şəxsin tutularaq məsuliyyətə cəlb edilməsini xahiş ediblər.
Qeyd olunan hadisələr dərhal nəzarətə götürülüb və zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilib. Nizami RPİ-nin Post Patrul Xidməti Bölüyü (PPXB) və 25-ci PŞ-nin əməkdaşları tərəfindən “isti izlər"lə keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Elgün Şirinzadə saxlanılıb.
O, gecə saatlarında növbəti dəfə avtomobillərdən birinin şüşəsini sındırıb hadisə yerindəın qaçmaq istəyərkən Nizami RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən tutularaq 25-ci PŞ-nə təhvil verilib.
Araşdırma zamanı Elgün Şirinzadənin may ayının 31-nə keçən gecə təkcə Nizami rayonunda 12 nəqliyyat vasitəsinin yan şüşələrini sındıraraq oğurluq etdiyi müəyyən edilib. Bundan başqa, onun keçən ayın əvvəllərində paytaxt ərazisində daha 3 avtomobildən eyni usulla oğurluq etdiyi məlum olub.
Elgün Şirinzadə barəsində 25-ci PŞ-də toplanan materiallar arşadırılması üçün Nizami RPİ-nə təqdim edilib. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə, Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər", - Mətbuat xidmətindən bildirilib.
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/6/1/1/43abeb28-76eb-4821-ae82-267d9772e7db/avtomobil-suse-sindirilma-ogurluq.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/6/1/1/c0b6695f-2ee6-46f9-aa04-8df95f4e1c74/avtomobil-suse-sindirilma-ogurluq1.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/6/1/1/dda7c286-e74b-460d-beeb-d60feb3d0878/avtomobil-suse-sindirilma-ogurluq3.jpg)
![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/6/1/1/045d804a-61de-4b3a-85b1-1c69b92a89d9/avtomobil-suse-sindirilma-ogurluq4.jpg)