Rəsmi İrəvan Azərbaycan və Rusiya ilə üçtərəfli komissiyanın işinin dayandırıldığını elan etdi


Ermənistan, Rusiya və Azərbaycanın regional rabitənin blokdan çıxarılması üzrə üçtərəfli komissiyanın fəaliyyətini dayandırır.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan keçirdiyi brifinqdə deyib. Komissiyanın fəaliyyətinin dayandırılmasına səbbə kimi sərhəddə yaranan gərgin vəziyyət göstərilib: "Bu gündən komissiyanın işi davam etməyəcək. Çünki effektiv və səmərəli iş üçün uyğun vəziyyətə ehtiyac var. Sərhəddə belə bir vəziyyət olduğu təqdirdə bu cür fəaliyyətlərin mümkün olmayacağını düşündük. İrəvan sərhəddəki vəziyyətin dinc və diplomatik yollarla həll edilməsi üçün hər şeyi edəcək". 
Xatırladaq ki, yanvarın 11-də Moskvadakı görüşdə Rusiya, Ermənistan və Azərbaycan liderləri üç ölkənin baş nazir müavinləri səviyyəsində Qarabağda nəqliyyat və iqtisadi əlaqələrin qurulmasına yönəldiləcək bir işçi qrupunun hazırlanması barədə razılığa gəlmişdi.

DİGƏR XƏBƏRLƏR

Top