1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür


1950-ci ildən etibarən BMT Baş Assambleyası tərəfindən iyun ayının 1-nin Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd olunması qərara alınıb.
Yeniavaz.com xəbər verir ki, həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb.
Qərarda xüsusilə yoxsulluq, məcburi əməyə cəlb edilmə və təhsil kimi dünyadakı uşaqların rifahı ilə bağlı məsələlərə yer verilib. Konfransdan sonra bir çox ölkə ictimaiyyətin diqqətini uşaqların problemlərinə yönəltmək və həlli yollları ilə bağlı msəsələlərin müzakirəsi üçün ilin hər hansı bir gününü “Uşaq bayramı” kimi təyin etməyə başlayıb. 1 iyun tarixi Azərbaycan da daxil olmaqla bir çox ölkədə hər il Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur.
Bu bayramla yanaşı BMT Baş Assambleyası tərəfindən 20 noyabr tarixində Ümumdünya Uşaqlar Günü də qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top