Malaziyada COVID-19-a görə tam qapanma tətbiq olundu


Malaziyada son günlərdə koronavirusun artması səbəbindən ölkədə tam qapanma tətbiq olunub.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, qərar 14 iyuna kimi tətbiq olunacaq. Tətbiq olunan yeni qaydalara görə, vətəndaşlar hər hansı təcili vəziyyət yaranmadan yaşadığı yerdən 10 kilometr uzağa gedə bilməz. İdarə və təşkilatlarda işçi sayı 20 faizə kimi aşağı endirilib. Ərzaq mağazaları və əczaxanalar xaric bütün satış mərkəzləri bağlanıb. Məscidlər fərz namazları xaric bütün tədbirlər üçün qapanıb. Malaziya hökuməti tam qapanmadan təsirlənən vətəndaşlara və kiçik sahibkarlara yardım üçün 40 milyard Malaziya ringgiti ayırıb.
Qeyd edək ki, ölkədə koronavirus səbəbindən 2796 nəfər dünyasını dəyişib. Hazrıda 79 min 523 nəfər aktiv COVID-19 xəstəsi müalicə var. Ümumilikdə koronavirusa yoluxanların sayı 572 min 357 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top