İran zənginləşdirilmiş uran ehtiyatı limitini 16 dəfədən çox aşıb


İranın Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) çərçivəsində qəbul edilən zənginləşdirilmiş uran ehtiyatı həddini 16 dəfədən çox aşdığı bildirilib. 
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) məlumat verib. Bundan əlavə MAQATE İranın uran istehsalının mayın 18-də təsdiqləndiyini, lakin İran tərəfinin isə hələ də bu məsələni təsdiqləmədiyini qeyd edib. Bundan başqa İrandan meydana gələn bütün nasazlıqların aradan qaldırması tələb olunub.
İranın nüvə proqramını göstərən ayrı bir hesabatda, rəsmi Tehranın yoxlanılan ərazilərdə nüvə maddələrinin aşkarlanması ilə bağlı BMT-nin müşahidəçisinə heç bir izahat verə bilmədiyi göstərilib.
Qeyd edək ki, bu açıqlama Vyanada davam edən nüvə razılaşmasına qayıtmaqla bağlı danışıqlar davam edərkən verilib.

DİGƏR XƏBƏRLƏR

Top