Nazirdən yay məktəbi ilə bağlı – AÇIQLAMA


“Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44 faiz iştirakçı bu təşəbbüsü dəstəkləyib”.

Yeniavaz.com xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə paylaşım edib.

“Şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində iki həftəlik yay məktəbləri təşkil ediləcək. Pandemiya dövründə “itirilmiş öyrənmə”ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm”, - nazir bildirib.

DİGƏR XƏBƏRLƏR

Top