Çində əhalinin azalması və yaşlıların artması səbəbi ilə ailələrə qoyulan 2 uşaq məhdudiyyəti ləğv edilib.
Yeniavaz.com “Xinhua”ya istinadla xəbər verir ki, bu barədə Kommunist partiyasının siyasi şöbəsinin rəhbəri Şi Cinpinq xəbər yayıb.
O bildirib ki, yeni qərara əsasən artıq Çində ailələr 3 uşağa sahib ola biləcəklər.
Qeyd edək ki, Çində ailələrə qoyulan uşaq məhdudiyyəti hələ də qüvvədə qalır və 3-dən artıq uşaq sahibi olmaq qadağandır.