Nazirlik araşdırma apardı, Təhsil Şöbəsinin müdiri işdən çıxarıldı


Təhsil Nazirliyinə daxil olmuş vətəndaş müraciəti əsasında nazirlik tərəfindən Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbində araşdırma aparılıb.

Yeniavaz.com xəbər verir ki, Təhsil Nazirliyindən qafqazinfo-ya bildirilib ki, aparılmış araşdırma nəticəsində məktəbdə ciddi nöqsanlara yol verildiyi müəyyən edilib.

Nazirliyin təşəbbüsü, Abşeron Rayon İcra Hakimiyyətinin müvafiq əmri ilə Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Məmmədova Nazilə Teymur qızı ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

DİGƏR XƏBƏRLƏR

Top