Təhlükəli viruslarla bağlı görüntülər yenidən yayıldı: Yarasa araşdırmaçını dişləyir – VİDEO


Son günlər 2017-ci ildə Uhan Virologiya Laboratoriyasında lentə alındığı iddia edilən videogörüntü sosial şəbəkələrdə gündəm olub.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, həmin videoda yarasaları araşdıran mütəxəssislərin maska və qoruyucu vasitələrdən istifadə etmədiyi müşahidə edilir. Videoda ən diqqəti cəlb edən məqam isə araşdırmaçının yarasa tərəfindən dişlənildiyi hadisədir. Mütəxəssislərdən biri iş vaxtı yarasanın onu dişlədiyini deyir, digəri üzərinə sıçrayan qandan danışır, başqa biri isə əlinin üstündəki şişliyi göstərir. Qeyd edək ki, sözügedən video illər əvvəl Çin dövlət televiziyasında yayımlanıb. Bu görüntülərdən sonra koronavirusun ehtiyatsızlıq səbəbilə laboratoriyadan yayılması ehtimalı yenidən gündəmə gəlib.

DİGƏR XƏBƏRLƏR

Top