Səfirlik Rusiyada polisin qətlə yetirdiyi azərbaycanlı barədə məlumat yaydı –​​​​​​​ VİDEO


Azərbaycan səfirliyi mayın 28-də Novosibirskdə azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevin qətli ilə bağlı Rusiya dövlət orqanlarına müraciət edib.

Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin yaydığı məlumatda bildirilib.

“Səfirlik tərəfindən faciənin obyektiv və hərtərəfli araşdırılması üçün Rusiyanın aidiyyəti qurumlarına müraciət olunub”, - məlumatda qeyd olunub.

"Mayın 28-də Novosibirsk şəhərində baş vermiş faciə ilə əlaqədar həyatını itirmiş Vəkil Yaqub oğlu Abdullayevin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verilib. Allah rəhmət eləsin!", - səfirlikdən vurğulanıb.

 

DİGƏR XƏBƏRLƏR

Top