Əcnəbilər bu il Azərbaycanda nə qədər pul xərcləyiblər? – MƏBLƏĞ


Koronavirus (COVID-19) pandemiyasının yaratdığı böhran nəticəsində turizm sektorunda müşahidə olunan tənəzzül davam etməkdədir. 
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 134 ölkəsindən 162,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Bu ilin yanvar-aprel aylarında Azərbaycana gələn əcnəbilər bank kartları vasitəsi ilə 112,2 milyon manatlıq əməliyyat aparıblar. Nəticədə, ilin ilk 4 ayı ərzində Azərbaycana gələn hər bir əcnəbi orta hesabla 688 manat 77 qəpik pul xərcləyib.

DİGƏR XƏBƏRLƏR

Top