İran Vyana danışıqlarından razıdır


İran Vyanadakı görüşlərdə ABŞ-ın nüvə razılaşmasına qayıtması məsələsinin müzakirə olduğunu bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə “İRNA”ya müsahibəsi vaxtı məlumat verib. O bildirib ki, hazırda bəzi vacib məsələlər üzərində müzakirələr gedir: “Vyanadakı görüşlərdə çıxılmaz nöqtə yoxdur. Əsas məsələlər araşdırılır. Razılaşma üçün tələsmədiyimiz kimi danışıqların zərər görməsinə də izin vermərik”. Qeyd edək ki, danışıqlar vaxtı ABŞ nüvə razılaşmasına qayıtmaq, İrana tətbiq olunan embarqonun ləğvi və razılaşmanın tam həyata keçirilməsi məsələləri müzakirə olunur.

DİGƏR XƏBƏRLƏR

Top