Hindistanda 50 gündən sonra gündəlik ölüm sayı ilk dəfə bu qədər azaldı


Virusun ən çox yayıldığı ölkələrdən biri olan Hindistanda son 24 saatda COVID-19-dan 3 min 128 nəfər ölüb. 
Yeniavaz. com
“CNN Türk”ə istinadla xəbər verir ki, bu barədə Hindistan Səhiyyə Nazirliyi açıqlama verib. Nazirlik bildirib ki, son 24 saatda 153 min 485 nəfər virusa yoluxub, 3 min 128 nəfər isə ölüb. Nəticədə Hindistanda ümumi yoluxanların sayı 28 milyon 47 min 534 nəfər, ölənlərin sayı 329 min 127 nəfər olub. 25 milyon 692 min 342 nəfər isə müalicə alaraq sağalıb. 
Qeyd edək ki, Hindistanda koronavirusa gündəlik yoluxma sayı 50 gündən sonra ilk dəfə bu qədər azalıb.

DİGƏR XƏBƏRLƏR

Top