Bu tarixdən Bakı-Alanya arasında aviareyslər bərpa edilir


Türkiyəyə məxsus “Pegasus” hava yolları şirkəti 19 iyun 2021-ci il tarixindən etibarən Alanya və Bakı arasında uçuşlar həyata keçirəcək. 
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Aviaşirkətdən bildirilib ki, uçuşlar həftədə 2 dəfə, çərşənbə axşamları və şənbə günləri həyata keçiriləcək. “Qazi Paşa” hava limanından təyyarə yerli vaxtla 00:35-də havaya qalxacaq və 00:14-də Bakıda Heydər Əliyev adına hava limanına enəcək. Əks istiqamətdə isə təyyarə Bakıdan saat 05:10-da havaya qalxacaq və 07:05-də “Qazi Paşa” hava limanına enəcək.

DİGƏR XƏBƏRLƏR

Top