Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir


Baş Prokurorluq işə qəbulla bağlı müsabiqə elan edir.

Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, 80 ştat vahidi üzrə növbəti müsabiqə elan edilib.

Müsabiqədə iştirak etmək üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, namizədlərin ali hüquq təhsili Azərbaycan ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, onlar dövlət dilini sərbəst bilməli və seçkilərdə iştirak etmək hüququna malik olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan vətəndaşları qəbul olunurlar.

Sənədlərin elektron qaydada qəbul edilməsi nəzərdə tutulur və bu məqsədlə prosedurlar tam sadələşdirilib.

Namizədlər 01 iyun 2021-ci il tarixdən etibarən müvafiq ərizə və sənədlərin foto-surətini Baş Prokurorluğun [email protected] ünvanına elektron formatda göndərməklə müsabiqənin ilkin mərhələsi olan test imtahanında iştirak edə bilərlər:

Test imtahanının yekunlarına görə 70 və daha artıq bal toplayan namizədlər yazılı imtahana buraxılacaq.

DİGƏR XƏBƏRLƏR

Top