Myanmada qarşıdurmada ölən mülki vətəndaşların sayı minə yaxınlaşdı


Myanmada hərbi çevriliş edən ordunun silahlı müdaxiləsi nəticəsində ölən mülki vətəndaşların sayı 840-a yüksəlib.
Yeniavaz. com
“AA”ya istinadla xəbər verir ki, bu barədə Myanma Siyasi Məhbuslara Yardım Təşkilatı açıqlama verib. Təşkilat bildirib ki, son 24 saatda daha 3 nəfər həyatını itirib. 4 min 49 nəfər həbs edilib, 1881 nəfər barədə isə həbs qərarı verilib.
Qeyd edək ki, Myanmada fevralın 1-də ordu hakimiyyəti ələ keçirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top