Kanadada tapılan kütləvi uşaq məzarlığı barədə araşdırma başladıldı


Kanadada əvvəllər yerli insanları assimilyasiya etmək üçün istifadə edilən internat məktəbində 215 uşaq cəsədinin qalıqları tapılıb. 
Yeniavaz.com
xəbər verir ki, Kanadanın baş naziri Castin Trudeu bu barədə tviterdə paylaşım edib. O, "məktəbdə tapılan məzar məni çox kədərləndirdi. Bu hadisə ölkəmizin tarixinin rüsvayçı dövrünün ağrılı bir xatirəsidir"deyə qeyd edib. 
Faktla bağlı Kanada hökuməti araşdırma başladıb. Verilən məlumatlarda bildirilib ki, tapılan cəsədlər kimliyinin müəyyən edilməsi üçün tibbi ekspertizaya göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top