Səudiyyə Ərəbistanının neft şirkəti Azərbaycanı tərk edir


Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun Azərbaycandakı törəmə şirkəti - "Aramco Overseas Company Azərbaycan" MMC ləğv olunduğunu elan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumat “Vergilər” qəzetinin rəsmi veb-saytında yer alıb. 
Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 8 ünvanına ("Hyatt Tower" iş mərkəzi) bildirə bilərlər.
Xatırladaq ki, "Aramco Overseas Company Azərbaycan" MMC 02.03.2018-ci il tarixində dövlət qeydiyyatına alınb. Nizamnamə kapitalı 10 000 avro olan MMC-nin qanunitəmsilçisi Ahmad Mohammed Alshıhadır.

DİGƏR XƏBƏRLƏR

Top