Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək


Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

Bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən sonuncu plenar iclasda Milli Məclisin Sədri Sahibə Qafarova bildirib.

S. Qafarova deyib ki, qanunvericiliyin tələbinə uyğun olaraq bununla bağlı müraciət edilib. Milli Məclisin Sədri 81 deputatın müraciəti əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağıracaq.

"İyun ayında bizim növbədənkənar sessiyamız keçiriləcək, bununla bağlı sərəncam imzalamışam”, - deyə sədr qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top