Nigeriyada silahlı hücum – ölən və qaçırılanlar var


Nigeriyanın Niger əyalətində mədrəsəyə edilən silahlı hücum zamanı 1 nəfər ölüb, 100-dən çox tələbə isə qaçırılıb.
Yeniavaz.com
xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə polis rəsmisi yazılı açıqlama yayıb. Məlumatda motosikletlə gələn şəxslərin ətrafa atəş açıdıqları bildirilib. Qaçırılan tələbələrin sayının isə dəqiq məlum olmadığı vurğulanıb. Polis rəsmisi tələbələrə heç bir zərər verilmədən qurtarılacağını deyib və əhalinin sakit olmasın istəyib. 
Qeyd edək ki, son vaxtlar ölkədə silahlı şəxslər motosikletlərlə hücum təşkil etdikləri üçün bəzi əyalətlərdə həmin nəqliyat vasitəsindən istifadə qadağan edilib.

DİGƏR XƏBƏRLƏR

Top